Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan 3 vertolyot satıça çıxarılıb.
Modern.az saytı xəbər verir ki, bununla bağlı sentyabrın 14-də hərrac keçiriləcək.
Rəsmi məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin balansında olan hava nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11).
Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
14 sentyabr 2016-cı il tarixdə hərraca çıxarılan vertolyotların siyahısı
S/N | Balanssaxlayıcı müəssisənin adı | Hava gəmisinin tipi | Zavod nömrəsi | Dövlət qeydiyyat nişanı |
Buraxılış ili | Start qiyməti (manatla) |
10% beh (manatla) |
1. | “Azərbaycan Hava Yolları” QSC | Mİ-8 MTV1 | 96109 | 20152 | 1993 | 134271 | 13427 |
2. | “Azərbaycan Hava Yolları” QSC | Mİ-8 MTV1 | 96122 | 20153 | 1993 | 134323 | 13432 |
3. | “Azərbaycan Hava Yolları” QSC | Mİ-8 MTV1 | 95627 | 20154 | 1991 | 130023 | 13002 |