Modern.az

Avropa Olimpiya Komitəsinin prezidenti saxlanıldı

Avropa Olimpiya Komitəsinin prezidenti saxlanıldı

17 Avqust 2016, 16:26

Rio-de-Janeyro polisi Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkini Olimpiadaya qanunsuz biletlərin satışında şübhəli bilərək  saxlayıb.  Bu barədə  TASS agentliyi xəbər verir.

 

Bundan əvvəl Rio-de-Janeyro polisi İrlandiya əsilli Kevin Ceyms Mellonu və onun tərcüməçisi Barbara Karniyeri saxlayıb. Hər iki şəxs Böyük Britaniyanın "THG" şirkətini təmsil edirlər.

 

K.C.Mellonda Braziliyada keçirilən Olimpiadanın ən populyar yarışlarına 800 bilet aşkar edilib. Şahidlərin ifadələrinə əsasən, bəziləri Olimpiadanın açılış mərasimində iştirak etmək üçün K.C.Mellon və onunla əlbir olan insanlardan 25 min reala (8 min dollar)  biletlər əldə ediblər. Halbuki biletlərin həqiqi qiymətləri 1400 real (450 dollar) təşkil edib.

 

Qeyd edək ki, P.Hikki AOK-un rəhbəri olması ilə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü və İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi