Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfərə hazırlaşır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu, Suriya üzrə Ankara, Moskva və Tehranın koalisiya yaratmasının başlanğıcı ola bilər.
Bunu “Əl-Həyat” ərəb qəzeti öz mənbələrinə istinadən də irəli sürüb. Bundan əvvəl, avqustda İran Xarici İşlər Nazirliyinin rəhbəri Cavad Zərif Türkiyəyə səfər edib. Nazir Ankaraya gələn kimi bəyan etmişdi ki, İran, Rusiya və Türkiyə vacib regional oyunçulardır, bu səbəbdən dialoqa və əməkdaşlığa ehtiyac var.
İran XİN rəhbərinin müavini Hüseyn Caberi Ansari isə sonradan bəyan edib ki, Tehran və Ankara regional problemlərlə bağlı danışıqları davam etdirməyə razılaşıblar və o, bu məsələləri müzakirə etmək üçün Ankaraya yollanacaq.
Modern.az