İstanbulun Beşiktaş səmtində azərbaycanlı iş adamına qarşı sui-qəsd törədilib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Saray küçəsi ilə hərəkət edən 90ND 011 Azərbaycan nömrəli maşın 2 silahlı şəxsin atəşinə məruz qalıb.
Hadisə zamanı maşındakı azərbaycanlı iş adamı Rövşən Əliyev yaralanıb, sürücüsü isə həlak olub.
Silahlılar hadisə yerini tərk edə biliblər. Hadisənin baş verdiyi əraziyə polis qüvvələri cəlb edilib.
Vüqar İSMAYILOV