Modern.az

Pentaqon intiharlara müharibə elan etdi

Pentaqon intiharlara müharibə elan etdi

19 Avqust 2016, 20:03

ABŞ Müdafiə Nazirliyi ordudakı intiharla qarşı kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və dövlət müəssisələri vasitəsilə mübarizə aparacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu məqsədlə sentyabr intiharların qarşısının alınması ayı elan edilib.

ABŞ-ın müdafiə naziri E.Karter hərbçiləri  intiharların qarşısının alınması və profilaktikası istiqamətində düşünülən “Bir Qüvvə” proqramında iştirak etməyə çağırıb.

ABŞ ordusunda, eləcə də milli qvardiyada intihar səviyyəsi çox yüksəkdir. Pentaqonun yaydığı məlumata görə, təkcə 2016-cı ilin ilk 3 ayında Amerika ordusunun 58 hərbçisi, milli qvardiyada və ehtiyatda olan 52 nəfər özünü öldürüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?