Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq tədbirləri nəticəsində baş nazir aparatının 18 əməkdaşı saxlanılıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, onlar Ankara prokurorluğunun apardığı istintaqın nəticəsi olaraq həbs ediliblər.
Aralarında baş nazir aparatının mütəxəssislərinin olduğu şübhəlilər polis bölməsindəki prosedurdan sonra məhkəməyə təhvil veriləcəklər.
Modern.az