Britaniyanın Roterem şəhərinin Yorkşir qraflığında polis məscidi partlatmaqla hədələyən kişini yaxalaya bilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Plimut şəhərindən olan 43 yaşlı kişi məktub yazaraq Cami Məscid Əbu Bəkr məscidinə göndərib.
O, məktubunda qeyd edib ki, müsəlmanların ibadət yeri tez bir zamanda göyə uçacaq. Bundan əlavə, məktubda müsəlmanların ünvanına təhqirlər də yer alıb.
Polis hazırda saxlanılan şəxsin daha hansı ünvanlar məktub yaza biləcəyini müəyyənləşdirir.
Modern.az