Modern.az

Türkiyədə terror: 1 ölü, 9 yaralı

Türkiyədə terror: 1 ölü, 9 yaralı

19 Avqust 2016, 21:26

Türkiyədə daha bir terror aktı törədilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Van vilayətinin Özalp magistral yolunda baş verib. Partlayış zirehli hərbi maşının keçidi zamanı törədilib. Hadisə zamanı ikisi ağır olmaqla 5 hərbçi və 5 mülki vətəndaş yaralanıb. Yaralılar Vandakı xəstəxanaya yerləşdiriliblər.  

Xəstəxanaya aparılan mülki şəxslərdən biri dünyasını dəyişib. Terrorçuların zərəsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat keçirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?