Modern.az

İŞİD özünü dinc sakinlərlə belə qoruyur - FOTOLAR

İŞİD özünü dinc sakinlərlə belə qoruyur - FOTOLAR

19 Avqust 2016, 22:42

Ərəb və kürd müxalif silahlı qruplarının “Suriyanın demokratik qüvvələri” koalisiyası İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlılarının dinc sakinlərdən qalxan kimi istifadəsini əks etdirən fotolar yayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, üsyançılar bu kadrların Manbica şəhərinin İŞİD-dən təmizlənməsindən sonra terrorçuların geri çəkilməsi zamanı çəkildiyini bildiriblər.

O zaman yaraqlıların canlı qalxan kimi 2 min dinc sakindən istifadə etdikləri haqda xəbər yayılmışdı. Onlar növbəti gün azad ediliblər.

Elə həmin məlumatda qeyd edilirdi ki, Manbica sakinləri şəhərin İŞİD-dən azad olunması münasibətilə küçələrə axışıblar. Kişilər radikal islamçıların tələbi ilə saxladiqları saqqallarını qırxıblar, qadınlar isə müsəlman paltarlarını yandıraraq siqaret çəkiblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?