Nigeriyanın cənub-şərqindəki bir həbsxanadan baş verən üsyanda 1 həbsxana işçisi və 10 məhkum ölüb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, Ebonyi əyalətindəki Abakaliki həbsxanasında çıxan üsyanda bir məhkum silahını ələ keçirdiyi bir nəzarətçini öldürüb, ikisini yaralayıb.
İşlərini itirmək qorxusundan adlarının gizli qalmasını istəyən bir gözətçi və bir aşpaz 10 ilə 14 məhkumun öldüyünü gördüklərini söyləyiblər.
Polis sözçüsü Corc Okafor isə hər hansı bir insanın öldüyü iddiasını rədd edərək, polisin havaya atəş edib, göz yaşardıcı qaz istifadə edildiyini deyib.
Modern.az