Sosial şəbəkə istifadəçiləri Rio-de-Janeyro Olimpiadasının qonaqları arasında Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kİm Çen Inın oxşarını tapıblar.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, kişi Şimali Koreya liderinə təbii oxşarlığını gücləndirmək üçün saç düzümünü onuki kimi edib və onunku kimi geyinməyə çalışıb.
Bundan əlavə, o, hərdən tribunada Şimali Koreyanın bayrağı ilə görünür və pencəyinin yaxaslnda qırmızı nişan daşıyır.
“The İndependent” nəşri həmin kişi ilə əlaqə yarada bilib. O, deyib ki, Kim Çen Ina oxşamaq üçün 2013-cü ildən işləyir.
Modern.az