Modern.az

Lesbian qızlar Olimpiadada  qızıl medal qazandılar

Lesbian qızlar Olimpiadada  qızıl medal qazandılar

Aktual

20 Avqust 2016, 23:28

Rio-de-Janeyro Olimpiadasında qadınlar arasında keçirilən hokkey yarışlarının qalibi Hollandiyanı penalti atışları ilə 2:0 hesablı məğlub edən İngiltərə olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, penalti atışları sonra Hollandiya 2-0 məğlub edərək çempionata çatarkən, Kate və Helen Richardson-Walsh cütlüyü olimpiadalarda qızıl medal qazanan ilk lesbian cütlük olub.

2012-ci il London Olimpiadasında da bürünc medal qazanan komandada yer alan cütlük, 1999-cu il ildən bəri milli komandaya çağırırlar. O gündən bu yana milli komandanın dəyişməz idmançıları olan Kate və Helen, əvvəl çox yaxın rəfiqə olublar və sonra da bir-birlərinə aşiq olduqlarını anlayıblar.

İngiltərə kişi hokkey komandasının keçmiş kapitanı Brett Gerrard ilə nişanlı olan Kate 2008-ci ildə nişanlısını tərk edib və Helen ilə birlikdə yaşamağa başlayıb. Cütlük 2012-ci ildə bürünc medal əldə etdikdən sonra 2013-ci ildə rəsmi nikahla ailə qurublar.

Rio-de-Janeyro Olimpiya oyunlarında qızıl medal qazandıqdan sonra meydançada xanımına sıx-sıx sarılan Kate məhəbbətləri haqda belə danışıb:

 

Bir kişi və ya bir qadınla bir yerdəsən. Bu kimi maraqlandırır? Birinə aşiq olmusan və dəlicəsinə sevirsən. Hamısı bu qədər”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir