Modern.az

Ərdoğan söz verdi: Türkiyə Krımın işğalını qəbul etmir

Ərdoğan söz verdi: Türkiyə Krımın işğalını qəbul etmir

Dünya

20 Avqust 2016, 23:42

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın lideri Pyotr Poroşenkoya ölkəsinin Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə dəstək məsələsində mövqeyinin dəyişmədiyini bildirib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, həm də bəyan edib ki, Ankara Krımın Rusiyaya birləşdirilməsini tanımır.

Ərdoğan Poroşenko ilə telefon söhbətində hər vasitə ilə Krım tatarlarını dəstəkləyəcəklərini də bəyan edib.

Poroşenko isə öz növbəsində dövlət çevrilişinə cəhddən sonra məhz Ərdoğanı və ölkə hökumətini dəstəklədiyini bir daha təsdiqləyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?