Modern.az

Arvadı ilə mübahisə edən kişi iki qızı güllələyib intihar etdi

Arvadı ilə mübahisə edən kişi iki qızı güllələyib intihar etdi

Dünya

20 Avqust 2016, 23:52

Altayda işsiz Sergey Ç. spirtli içkilərə meyli üzündən ərini atıb gedən arvadı iki qızının həyatı müqabilində geri qayıtmasını tələb edib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, faciə Altay Respublikasının Ust-Koksin rayonunun Terekta kəndində baş verib.

Sergey ov tüfəngi ilə zor gücünə 19 və 14 yaşlı iki həmkəndlisini meşəyə aparıb. Uğursuz danışıqlardan sonra polis girovları azad etməyə cəhd göstərib. Bu zaman kişi qızları güllələyərək özünü də öldürüb.

Qızlardan kiçiyi sinəsinə atəşdən sonra ölüb, ayağından yaralanan 19 yaşlı girov isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?