Modern.az

Tanınmış musiqiçi həbsxanada öldü

Tanınmış musiqiçi həbsxanada öldü

21 Avqust 2016, 17:33

ABŞ-ın məşhur musiqi impressario, Backstreet Boys, Nsync gənclər qruplarının və digər kollektivlərin  yaradıcısı Lu Perlman 62 yaşında həbsxanada vəfat edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş musiqi prodüsseri və menecer Perlman Texas ştatınındakı Teksarkana federal həbsxanasında ölüb.

 

 Onun ölümünün səbəi hələ ki açıqlanmır. Məlum olan budur ki, o 2008-ci ildə pulların yuyulması və cinayət əlaqələrinə görə 25 il azadlıqdan məhrum olunub. Bundan əlavə, o, ən iri maliyyə piramidası yaradaraq özünü 300 milyon dollar borca salmaqda da günahlandırılıb.

Perlmanın karyerasının yüksəlişi  1993-cü ildə Backstreet Boys qrupunu yaradandan sonra başlayıb, qrupun debüt albomu 130 milyon nüsxə ilə yayılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?