Modern.az

Olimpiya çempionuna at bağışlanacaq

Olimpiya çempionuna at bağışlanacaq

21 Avqust 2016, 17:38

Dağıstanın rəhbəri Ramazan Abdulatipov Rio-de-Janeyro Olimpiadasında 86 kiloqram çəki dərəcəsində qızıl medal qazanan rusiyalı sərbəst güləşçi Abdulraşid Sadullaevə  ahaltekin cinsindən olan at hədiyyə edəcək. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda respublika rəhbərinin mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, Olimpiya çempionuna pul mükafatı verilməsi də nəzərdə tutulur. Mətbuat xidmətinin nümayəndəsinin fikrincə, respkublika bu hədiyyələrlə kifayətlənməyəcək.

Sərbəst güləş üslubunda döyüşən 20 yaşlı rusiyalı Abdulraşid Sadullaev qızıl medalı finalda Türkiyə idmançısı Selim Yaşar üzərində qələbəyə görə alıb. Bu çəki üzrə yarışmada Azərbaycan güləşçisi Şərif Şərifov bürünc medal qazanıb.

Rusiyanın əməkdar idman ustası Sadullaev 1996-cı il mayın 9-da Dağıstanın Çarodin rayonunun Tsrib kəndində doğulub. O, ikiqat (2014, 2015-ci illərdə) dünya çempionu, gənclər arasında Avropa çempionu (2016-cı il), Bakıda 2015-ci ildə keçirilən Avropa oyunlarının və ikiqat Rusiya (2014, 2015) çempionudur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI