İsrail ordusu bazar günü Sderot şəhərinə atılan raketə cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağındakı bir sıra obyektlərinə zərbə endirib. Modern.az saytı xəbər verir ki, Publika.az-ın məlumatına görə, bu barədə "Jerusalem Post" nəşri məlumat yayıb.
Əməliyyatda İsrailin Hərbi Hava Qüvvələri iştirak edib. Həmçinin tanklardan da atəş açılıb.
"Jerusalem Post" qeyd edir ki, 2016-cı ildə Qəzza zolağından İsrailə 14 raket atılıb.
Modern.az