Dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 18-də London birjasında Brent markalı neft 50 dollardan ucuz satılmağa başlayıb.
Hazırda bu markalı neft 1,6% ucuzlaşaraq 49,92 dollara satılır.
WTI markalı neft isə 1,6% dəyər itirərək 47,72 dollara qədər ucuzlaşıb.
Vüqar İSMAYILOV