Modern.az

ABŞ-dan Gülənin ekstradisiyasına münasibət

ABŞ-dan Gülənin ekstradisiyasına münasibət

Dünya

22 Avqust 2016, 23:23

ABŞ Fətullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı əhəmiyyətli hesab edir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

O qeyd edib ki, rəsmi Vaşinqton və Ankara arasında ekstradisiya haqqında müqavilə artıq 30 ildir qüvvədədir. Ernest sözlərinə görə, ABŞ bu sazişə sadiqir.

"Gülənin ekstradisiyası ilə bağlı iki ölkə arasında mühüm əməkdaşlığı artıq siz də görürsünüz", – deyə o bildirib.

Ağ Ev rəsmisi əlavə edib ki, Ədliyyə Nazirliyinin nümayəndələri artıq Türkiyəyə səfər edib.

"Ekstradisiya prezidentin həll etdiyi məsələ deyil. Bu, saziş çərçivəsində qəbul olunur. Buna görə də, prosesə Ədliyyə Nazirliyinin nümayəndələri də cəlb edilib", – deyə Coş Ernest vurğulayıb.

Ernest bu məsələnin ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ankaraya yaxın vaxtlarda baş tutacaq səfəri zamanı müzakirə olunacağını istisna etməyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?