Modern.az

Gündüz Məmmədov Krımın prokuroru təyin edildi

Gündüz Məmmədov Krımın prokuroru təyin edildi

Dünya

22 Avqust 2016, 23:38

Ukraynanın baş prokuroru Yuri Lutsenko Gündüz Məmmədovun Krım Muxtar Respublikasının prokuroru təyin edilməsi barədə əmr imzalayıb. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, Krım MR-in prokurorluğu Kiyevin Reznitskaya küçəsində yerləşir.

 

Ukraynanın baş hərbi prokuroru Anatoli Matios avqustun 22-də Məmmədovu prokurorluğun kollektivinə təqdim edib.

 

Gündüz Məmmədov baş ədliyyə müşaviridir, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

 

2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?