Modern.az

Kaliforniyada yanğın, Hindistanda leysan, Yaponiyada qasırğa tüğyan edir - FOTOLAR

Kaliforniyada yanğın, Hindistanda leysan, Yaponiyada qasırğa tüğyan edir - FOTOLAR

23 Avqust 2016, 00:28

Dünyanın bir çox ölkəsində insanlar təbii fəlakətdən ciddi əziyyət çəkir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın paytaxtını qasırğa cənginə alıb, Kaliforniyada milyonçuların evləri yanıb, Hindistanın şimalında isə sel insanları qırır.

 

Yaponiya

 

Təyyarələr uçmur, dəmir yolunun işində problemlər yaranıb. Güclü qasırğa Yaponiyanı cənginə alıb. Güclü küləyin aşırdığı ağaclar dəmir yolu xətlərinin üzərinə düşüb. Təbii fəlakət səbəbindən beynəlxalq hava limanları 500-ə yaxın təyyarə uçuşunu ləğv edib, yaxud təxirə salıblar. Meteoroloqlar qasırğanın şimala doğru hərəkət etdiyi haqda xəbərdarlıq edib. Orada əraziləri sel basması və torpaq çökməsi istisna olunmur. 35 min ailənin köçürülməsinə hazırlıq gedir.

 

ABŞ

 

Kaliforniyada milyonçukara məxsus bir neçə ev yanıb. Yanğın 19-cu əsrdə tikilən bu binalara qədər gəlib çatıb. Bir həftə ərzində 200-dən çox ev yanıb külə dönüb. Təbii fəlakətə görə Los-Anceles və Las-Veqas arasındakı əsas yol bağlanıb.

 

Hindistan

 

Bu ölkənin şimalında 200-dən çox adam selin qurbanı olub. Ən ağır vəziyyət Bihar əyalətindədir. Orada 3 ay ərzində 100-ə yaxın adam həlak olub. Sel 6 milyon hektar əkin sahəsini məhv edib. Min ev dağlıb. Xilasedicilər heç cür öhdəsindən gələ bilmirlər. Əhalinin içməli suyu və ərzağı çatışmır. Proqnoz da üzrəkaçan deyil – sentyabr ayına qədər yağış kəsilməyəcək.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?