Modern.az

“Boko Haram” qruplaşmasının lideri öldürüldü

“Boko Haram” qruplaşmasının lideri öldürüldü

23 Avqust 2016, 11:19

Nigeriya Hərbi Hava Qüvvələri “Boko Haram” qruplaşmasının mövqelərinə zərbələr endirib.  

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbələri nəticıəsində azı 6 terrorçu məhv edilib.

 

Yerli mətbuat hava zərbələri nəticəsində qruplaşma lideri Əbu Musab Əl-Barnavinin də öldürüldüyünü deyib.

 

Xatırladaq ki, “Boko Haram” qruplaşması Nigeriyanın şimalında şəriət dövləti qurmaq üçün silahlı mübarizə aparır.

 

Qruplaşma 2015-ci ilin yazında İŞİD-ə tabe olduğunu elan etmişdi.

 

 

Vüqar İSMAYILOV

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?