Modern.az

Səhiyyə Nazirliyi: “Uşaq nevroloji xəstəxanası bağlanmayıb”

Səhiyyə Nazirliyi: “Uşaq nevroloji xəstəxanası bağlanmayıb”

3 Fevral 2011, 17:18

Səhiyyə Nazirliyi Uşaq nevroloji xəstəxananın bağlanması barədə KİV-də gedən xəbərləri təkzib edib. Səhiyyə Nazirliyinin mətbuat xidmtinin rəhbəri Anar Qədirli Modern.az-a açıqlamasında bildirib ki, xəstəxana təmirə bağlanıb.
“Hazırda Uşaq nevroloji xəstəxanası hissə-hissə təmir olunur və hissə-hissə də fəaliyyət göstərir”-deyə o vurğulayıb.

Qeyd edək ki, son illər Azərbaycanda 16 yaşadək uşaqlar arasında sinir sistemi xəstəliklərindən müalicə olunanların sayının kəskin şəkildə artdığı müşahidə olunur. Təsadüfi deyil ki, rəsmi statistikada da 16 yaşadək uşaqlar arasında əlilliyin strukturunda əsəb sistemi (31,6 %) və ruhi xəstəliklər (12,6 %) ilk yerləri tütur.
Səhiyyənin digər sektorlarında olduğu kimi nevroloji xəstəliklərin müalicəsi sahəsində də xoşagəlməz hallar mövcuddur. Qeyd edək ki, həm region əhalisi, həm də paytaxt sakinlərinin nevroloji xəstəliklərin müalicəsi məqsədilə müraciət etdikləri əsas tibb müəssisələri Bakıda yerləşir. Belə xəstəxanalardan biri də Uşaq nevroloji xəstəxanasıdır.

Rəsmi məlumatlara görə, son illər də qeydə alınan nevroloji xəstələrin 68 faizinin uşaqlar, 3,9 faizinin isə yeniyetmələr təşkil edir. Tam gücü iləd fəaliyyət göstərdiyi müddətdə Uşaq nevroloji xəstəxanasında adam əlindən tərpənmək olmur.
Dövlət xəstəxanası olmasına baxmayaraq, bu tibb ocağında heç bir xəstə pulsuz müalicə və müayinə edilmir. Baxmayaraq ki, Səhiyyə Nazirliyi vaxtaşırı dövlət xəstəxanalarında müalicə və müayinənin pulsuz olduğunu bildirir. Uşaq nevroloji xəstəxanasında həkimlərin növbəsinə yazılmaq üçün səhər saat 7.00-dan xəstəxanın qarşısını kəsdirmək tələb olunur. Qeyd edək ki, Uşaq nevroloji xəstəxanasında bir xəstə uşağın müayinəsi üçün özəl qiymətlər müəyyənləşdirilib. Həkimlərin əksəriyyəti 10-20 manat verilməyəcəyi təqdirdə xəstə uşağı müayinə etmir, müalicə resepti yazmır.
Xəstə uşaqların valideynlərinin sözlərinə görə, burada elə həkim var ki, 10 manat verəndə pulu geri qaytarıb "mən 20 manata müayinə edirəm" deməkdən belə çəkinmir.
Maraqlıdır ki, burada xəstələrə yazılan bəzi dərmanları Bakıdakı heç bir aprekdən tapmaq mümkün deyil, amma həmin perparatları Uşaq nevroloji xəstəxanasının yaxınlığında yerləşən əczaxanadan almaq olar. Bu, həkimlərlə həmin aptek arasında işbirliyinin olmasına şübhələr yaradır.

Sədaqət Süleymanova

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi