Modern.az

Azərbaycanın ən böyük qızıl yatağından nə xəbər var?

Azərbaycanın ən böyük qızıl yatağından nə xəbər var?

4 Fevral 2011, 17:54

Azərbaycanın ən böyük qızıl yatağı işğal olunmuş Ağdərə ərazisindədir. Qızılbulaq yatağı adlanan bu ərazi keçmış SSRİ məkanında həm tərkibinə, həm də böyüklüyünə görə məhşur olub.
Qeyd edək ki, diğər böyük qızıl yataqları da işğal olunmuş ərazilərdə qalıb - Zod Kəlbəcərdə, Vejnəli isə Zəngilandadır.

Kəlbəcərdəki qızıl yatağının ermənilər tərəfindən vandallıqla istismar olduğu barədə məlumatlar var.

Ancaq bizim üçün maraqlı olan keçmiş Ağdərə rayonundakı Qızılbulaq yatağı ilə bağlı hansı məlumatın olduğunu öyrənmək üçün əməkdaşımız Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Modern.az-a bildirib ki, keçmiş Ağdərə rayonu ərazisindəki “Qızılbulaq” qızıl yatağı ETSN ilə bağlanılan sazişə uyğun olaraq "R.V.İnvestment"in şirkəti tərəfindən istismar olunmalıdır. Nazirlik rəsmisi bildirib ki, indi həmin ərazi işğal altında olduğuna görə ETSN-də Qızılbulaq yatağı ilə bağlı heç bir məlumat yoxdu.

Nazirliyin mətbuat xidmətindən o da bildirilib ki, deyilənə görə Ermənistan tərəfindən Qızılbulaq qızıl yatağında hansısa şitkət tərəfindən iş gedir. Nazirlikdə dəqiq məlumat yoxdu ki, işləri Ermənistan tərəfdən hansı şirkət aparır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “R.V. İnvestment Group Services, LL USA” şirkəti arasındakı “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq, Vejnəli qızıl-filiz yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatın pay bölgüsü haqqındakı saziş”ə uyğun olaraq 2009-cu ilin iyulundan başlayaraq Azərbaycanda qızıl hasil edilir. Ölkəmizdəki qızıl yataqlarının işlənməsilə bir neçə ildir ki, “R.V. İnvestment Group Services, LL USA” şirkəti məşğuldur.

Hazırda dünyanın qızıl bazarında Cənubi Afrika Respublikası, ABŞ, Avstraliya, Çin və İndoneziya kimi nəhənglər hökmranlıq edirlər.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu