Modern.az

Polşanın sərnişin təyyarəsi qəza enişi edib

Polşanın sərnişin təyyarəsi qəza enişi edib

26 Avqust 2016, 23:57

Polşanın “Lot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Litvanın paytaxtı Vilnüsdə  qəza enişi edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, qəza enişinə səbəb təyyarədə aşkar olunan texniki nasazlıq olub.

 

Varşava aeroportundan havaya qalxan “Bombardier Dash 8” təyyarəsinin göyərtəsində 70 sərnişinin olduğu bildirilir. İnsident nəticəsində zərərçəkən olmayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi