Modern.az

Moskvada yanğında ölənlərin hamısı qadındır

Moskvada yanğında ölənlərin hamısı qadındır

Dünya

27 Avqust 2016, 20:29

Moskvada anbarda yanğın nəticəsində ölən 17 nəfərin hamısının 20-25 yaşlarında qadın olduğu müəyyənləşib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, ölən şəxslərin hamısı yanğın baş vermiş müəssisənin işçisi olub. Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi proseduru həyata keçirilir.  

 

Bundan əvvəl Moskvanın Altufyev şossesində yerləşən mətbəə anbarında baş vermiş yanğın nəticəsində ölən şəxslərin Qırğızıstan vətəndaşı olduğu bildirilmişdi. 

Xatırladaq ki, yanğın paytaxtın Altufyevo şossesi-5 ünvanında yerləşən “Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verib. Ölənlər həmin anbarda işləyən və yaşayan miqrantlardır. Yanğın onlar yuxuda olarkən başlayıb və miqrantlar tüstüdən boğulublar.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi yanğın nəticəsində 17 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə xəsarət aldığını bildirib.

 

Rusiya İstintaq Komitəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?