Modern.az

Olimpiadanın qızıl medalı zibillikdən tapıldı

Olimpiadanın qızıl medalı zibillikdən tapıldı

30 Avqust 2016, 17:51

Atlantanın 7 yaşlı kiçik sakini Xlo Smit Barselona-92 Olimpiadasının çempionu Co Cekobiyə qızıl medalını qaytarıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, iyun ayında oğurlanan medalı bir dəstə zibilin içindən tapıb.

 

Cekobinin sözlərinə görə, naməlum şəxslər onun avtomobilinin qapısını açaraq medalla birlikdə digər əşyalarını da aparıblar. Ehtimal olunur ki, cinayətkarlar bu əməllərinin üstünün açılacağından ehtiyatlanaraq Olimpiya qızılını zibilliyə tullayıblar.

 

Xlo Smit atası ilə gəzintiyə çıxanda zibillikdə qızıl parladığını görüb. Bu həftənin birinci günü Cekobi Xlonun oxuduğu məktəbə gələrək medalı qaytardığına görə ona təşəkkür edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?