Modern.az

Türkiyəli hakim Yunanıstana qaçıb

Türkiyəli hakim Yunanıstana qaçıb

30 Avqust 2016, 22:48

Türkiyəli hakim miqrantları daşıyan qayıqla Yunanıstana qaçıb. Modern.az saytı Axar.az-a istinadən xəbər verir ki, Saqqız adası Sahil Təhlükəsizlik Xidmətindən verilən açıqlamada 50 yaşlı türk hakimin bu gün səhər 06:00-da 6 suriyalı miqrantı aparan qayıqda Yunanıstana keçdiyi bildirilib.

 

Adı açıqlanmayan hakim yunan hökumətindən siyasi sığınacaq istəyib.

 

Xatırladaq ki, bir neçə gün öncə 4-ü Dədəağac, 3-ü Rodosdan olmaqla FETÖ mənsubu olan 7 şəxs Yunanıstana qaçmışdı.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?