Modern.az

ABŞ-da 2 təyyarə göydə toqquşdu

ABŞ-da 2 təyyarə göydə toqquşdu

1 Sentyabr 2016, 09:49

ABŞ-da 2 təyyarə göydə toqquşub.

Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, qəza Alyaska ştatında baş verib.

 

Qəzada yüngülmotorlu təyyarələr göydə bir-birinə çırpılıb. Təyyarələrin göyərtəsində olan 5 nəfər ölub.

Təyyarələrin qalıqları Vefil şəhəri yaxınlığında yerə düşdüyü bildirilir. Qəzanın səbəbləri barədə məlumat verilmir.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi