Modern.az

Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə "2 milyard dollarlıq danışıq" aparır

Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə "2 milyard dollarlıq danışıq" aparır

1 Sentyabr 2016, 17:11

Azərbaycanın ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatına) üzvlüyü prosesi ilə bağlı danışıqlara dair XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şərh edib. Modern.az XİN-in mətbuat xidmətinin məsələ ilə bağlı açıqlamasını təqdim edir.

 

Bir sıra kütləvi informasiya vasitələrində xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin müsahibəsinə istinadən “Azərbaycan Ümumdünya Ticarət Təşkilatından (ÜTT) 1 milyard ABŞ dolları istəyib” başlıqlı məqalələr yerləşdirilib. Müsahibədə səsləndirilmiş fikirlərin düzgün və mahiyyəti üzrə işıqlandırılmasını təmin etmək və bəzi yanlışlıqları aradan qaldırmaq üçün bildiririk:

 

· Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun artımı və ərzaq təhlükəsizliyinin təmin olunmasında, o cümlədən ixracının təşviqi və strukturunun təkmilləşdirilməsində kənd təsərrüfatı sektoru mühüm rola malikdir və bu xüsusda, Azərbaycan Hökuməti tərəfindən sözügedən sahənin subsidiyalar ayrılmaqla dəstəklənməsi davam etdirilməkdədir.

 

· Hazırda Azərbaycan ÜTT-yə üzv olması prosesi kontekstində kənd təsərrüfatına daxili dəstək üzrə bir sıra danışıqçı ölkələrlə (aparıcı kənd təsərrüfatı istehsalıçıları və yaxud ixracatçıları) çoxtərəfli danışıqlar aparır.

 

· Bu müstəvidə, ÜTT-yə üzvlük müddətindən etibarən kənd təsərrüfatına 1 milyard ABŞ dolları, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları qaytarıldıqdan sonra müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə 1 milyard ABŞ dolları məbləğində əlavə daxili dəstəyin göstərilməsi mümkünlüyünə nail olunması aparılan danışıqların predmetini təşkil edir.

 

· Kənd təsərrüfatı sektoruna subsidiyaların ödənilməsi məqsədilə ÜTT tərəfindən bu təşkilatın üzvlərinə yaxud müşahidəçilərə maliyyə vəsaiti ayrılmır.

 

· Kənd təsərrüfatı üzrə aparılan danışıqların uğurla nəticələnəcəyi təqdirdə, məhz Azərbaycan Hökuməti tərəfindən adıçəkilən sahənin dəstəklənməsinə məcmu olaraq 2 milyard ABŞ dolları məbləğində daxili yardımın göstərilməsi imkanı əldə olunacaqdır.

 

  Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi