Özbəkistan Səhiyyə Nazirliyinin Tibbi-sanitar birliyinin ekspertlərinin bildirdiyinə görə, prezident İslam Kərimov tibb müəssisəsinə avqustun 27-də huşsuz vəziyyətdə gətirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, həmin gün baş beyinin təzyiqi səbəbindən koma vəziyyətinə düşüb.
Bu səbəbdən Kərimov süni asan havalandırma aparatına qoşulub.
Məlumatda qeyd edilir ki, Özbəkistan həkimləri konsilium üçün Rusiya, Almaniya, Finlandiya və Monakonun ən yaxşı mütəxəssislərini çağırıblar. Ancaq intensiv terapiya yavaş və proqressiv şəkildə pasiyentin daxili orqanlarının fəaliyyətini pozub, nəticədə ürəyinin dayanmasına səbəb olub.
Sentyabrın 2-də sadalanan tədbirlərin görülməsinə baxmayaraq saat 20:15-də İslam Kərimovun ürəyinin fəaliyyəti dayanıb. Saat 20:55-də isə bioloji ölümü baş verib.
Modern.az