Baş nazir Binalı Yıldırım Çırağan Sarayında keçirilən “Türkiyəyə yaxşı gələcək” konfransının mətbuata qapalı hissəsində yerli və xarici jurnalistlərin suallarını cavablandırıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yıldırım ona “Hizmet” hərəkatının lideri Fəthulla Gülənlə bağlı sual ünvanlayan hindistanlı jurnalistin “Mister Gülən” ifadəsindən istifadə etməsinə reaksiya verib.
Baş nazir deyib: “Mister Gülən dedin. Mister-filan deyil. Terrorçu başı Mister olarmı? Harada görülüb bu?
Adam şeytana ayaqqabını tərsinə geyindirib. Bir çox insanın qanına bais olub. Alçaq”.
Modern.az