Suriyada vurulan helikopterin hökumət ordusuna məxsus olduğu məlum olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub. İlkin məlumata görə həlak olanlar helikopterin pilotu və köməkçisidir.
Qeyd edək ki, ilkin yayılan məlumatda Azad Suriya Ordusuna daxil olan "Ceyş-əl Əzza" qruplaşmasının Rabhat əl-Xattab kəndinin yaxınlığında Rusiyaya məxsus helikopteri vurduğu bildirilirdi.
Modern.az