ABŞ-da prezidentliyə namizəd Donald Trampın Meksikaya səfəri ölkədə qalmaqala səbəb olub.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Meksika parlamentinin ilk iş günü Trampın səfərinə deputatlar etiraz edib.
Reqlamentə əsasən, hökumət baş konqres qarşısında il ərzində görülən işlər haqqında hesabat verib.
Hesabatı DİN rəhbəri Migel Anhel Osorio təqdim edib. Lakin müxalifət deputatları tamam başqa mövzu qəzəbləndirib. Onlar Donald Trampın səfərinə və onun prezident Enrike Peni Nyeto ilə qeyri-rəsmi görüşünə kəskin narazılıqlarını bildiriblər.
"Morena" partiyasının əlaqələndiricisi Rosio Qarsiinin çıxışı zamanı onun tərəfdarları tribunaya çıxaraq üzərinə "Penya Nyeto, bəs hanı ləyaqət?", "Tramp, Meksikadan, rədd ol" sözləri yazılmış plakatları qaldırıblar.
Daha sonra tribunanın önündə prezidenti və Trampı müdafiə edən deputatlarla müxalifət düşərgəsindən olan millət vəkilləri arasında qarşıdurma yaranıb.
Hakimiyyəti müdafiə edən deputatlar həmkarlarının əllərindəki plakatları almağa cəhd ediblər. Nəticədə toqqquşma baş verib.
Bundan sonra parlamentin sessiyanının gedişi tamamilə pozulub.
Ağa AKİFOĞLU