Modern.az

“Təəssüf ki, referendumun təşviqatı internetdə mümkün deyil”

“Təəssüf ki, referendumun təşviqatı internetdə mümkün deyil”

Media

3 Sentyabr 2016, 11:58

Azərbaycanda keçiriləcək referenduma bir aydan da az vaxt qalıb. Bunun üçün hazırlıq işləri görülməyə başlayıb. Görülən hazırlıq işlərində önəmli yerlərdən birini media tutur. Televiziyalar vasitəsi ilə referendum zamanı ödənişli əsaslarla təbliğat- təşviqatlar keçirilir, konstitusiyaya edilən dəyişikliklər müzakirə edilir.  Namizədlərin eyni prosesi internet mediası vasitəsi ilə etməsi qanunvericiliyə əlavə edilə bilərmi?

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat fondunun sədri Umud Rəhimoğlu məsələ ilə bağlı fikirlərini Modern.az-a bildirib.

 

Umud Rəhimovun sözlərinə görə,  bu  məsələ Mərkəzi Seçki Komissiyası , Prezident  Adminstrasiyası və Mətbuat Şurasının birgə tədbirində də səsləndirildi.

"Bir sıra internet portalları var ki, onlar ictimai fikrə təsir edirlər. Təbii ki,  belə portallar bu prosesdə iştirak edəcəklər. Hesab edirəm ki, onlar artıq bu prosesdə iştirak edirlər. Referendumla bağlı müxtəlif fikirlərin cəmiyyətə çatdırılmasında vasitəçi olurdular. Referendumla bağlı ekspert rəyləri paylaşırlar, maarifləndirici xarakterli yazıları dərc edirlər.”

 

O bildirib ki, televiziyalarda referendum qabağı ödənişli  təşviqatlar təşkil olunur.

"Arzu olunandır ki, belə təşviqatlar internet mediasında da olsun. Ancaq təəssüf ki, bu mexanizm bizdə hələ ki, mövcud deyil.  İnternet resurslarının meydana gəlməsi yeni bir sahədir. Digər tərəfdən də reklamın bölüşdürülməsi mexanizmi bizdə hələ də problemli olaraq qalır. Yəni,  tələb təklif məsələsi bir-biri ilə uzlaşmır. Bununla bağlı tez-tez müzakirələr olur. Gündəlikdə internet resurslarına müəyyən dəstəyin olunması var. Bunun nəticəsi müzakirələrdən sonra ola bilər.

 

İnternet media resurslarına hər hansı bir şəkildə dəstəyin olunması vacibdir. Bu məsələ ilə bağlı görüşdə Prezident özü də vurğuladı ki, internet mediasına dəstək vacibdir.

 

Daha çox izləyici kütləsi virtual məkandadır. İnformasiyanı daha çox internetdən əldə etməyə çalışırlar. İnternet mediası digər informasiya yayıcılarından daha rahatdır, daha əl çatandır.  Mətbuat Şurası bu məsələlərin həlli üçün bir sıra addımlar atır. Bunun üçün tədbirlər təşkil edilir. Burada məqsəd, internet mediasını inkişaf etdirməkdir.”

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi