Modern.az

Prezidenti öldürməklə hədələyirlər

Prezidenti öldürməklə hədələyirlər

Dünya

3 Sentyabr 2016, 13:00

Paraqvayın təhlükəısizlik xidməti prezident Orasio Kartesə qarşı sui-qəsd təhlükəsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda narkotiklərlə mübarizə üzrə milli departamentin rəhbəri Uqo Vera məlumat verib.

 

“Bizdə qırmızı həyəcan səviyyəsidir. Braziliyadan olan muzdlu qatillər prezidentə sui-qəsd etməkdən ötrü ölkədədir”, - o, bəyan edib.

 

Paraqvayın daxili işlər naziri Fransisko de Varqas isə qeyd edib ki, hazırlanan sui-qəsd braziliyalı narkobaron Jarvis Şimenes Pavananın daha ciddi rejimli həbsxanaya köçürülməsi ilə bağlı ola bilər.

 

Onun sözlərinə görə, dövlət başçısının qohumları da hücumun hədəfi ola bilərlər.

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?