Hunza türkləri Hun türklərinə bağlıdırlar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan və Hindistan sərhədində yaşayan bu insanların çox maraqlı bir xüsusiyyəti var.
Tamamilə müsəlman olan Hunza türkləri orta hesabla 110 ilə 120 il arasında yaşayır. Burada 65 yaş ömrün yarısı sayılır.
Qadınlar 65-70 yaş arasında ana olur. 100 yaşında ölənlərə gənc öldü deyilir.
Ömrün yarısının 65 yaş olduğu bu cəmiyyətdə qadınlar 65-70 yaşında doğur. Huna türklərinin çox maraqlı bir tərəfi də burada heç xərçəngə yoluxmanın baş verməməsidir.
Bu türklər xərçəngə tutulmadıqları kimi tez-tez rast gəlinən digər narahatlıqlara da uğramırlar.
Elm adamlarının diqqətini çəkən bu ömür müddəti onlarla bağlı araşdırma aparmağa yönəldib.
Bunun səbəbi dənizdən 6 min metr hündürlükdə çox yüksək oksigeni olan bir bölgədə yaşamalarıdır.
Huna türkləri daha çox ət və ədviyyatlı yeməkləri yeyirlər. Yalnız öz istehsal etdikləri tərəvəz və meyvələrdən istifadə edirlər.
Modern.az