Özbəkistan prezident i İslam Kərimovun cənazəsi Daşkənddən andan olduğu Səmərqənd şəhərinə gətirilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Səmərqənd aeroportundan mərkəzi küçələrə qədər yolun hər iki tərəfindən insanlar dayanıb.
Milli özbək paltarı geyinmiş qadınların ağladığı görüntülər dünyanın aparıcı KİV-də yer alıb.
Prezident kortejinin şəhərin mərkəzi Reqistan meydanında dayandığı və cəzaənin saat 11:00-dan etibarən vətəndaşların vida mərasimi üçün əraziyə gətirildiyi bildirilir.
Vüqar İSMAYILOV