Modern.az

Ərəb mətbuatı: "Ərdoğan Əsədlə görüşə bilər"

Ərəb mətbuatı: "Ərdoğan Əsədlə görüşə bilər"

3 Sentyabr 2016, 14:51

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın dövlət başçısı Bəşər Əsəd Moskvada görüşəcək.

 

Modern.az  İranın "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Livanda çıxan "Əs-Səfir" qəzeti məlumat yayıb.

 

Xəbərdə bildirilib ki, görüş Rusiya prezidenti Vladimir Putinin müşayiəti ilə keçiriləcək. 

 

Məlumata görə, tərəflər arasında görüş barədə razılıq Ərdoğanın Moskvaya səfəri zamanı əldə edilib.

 

Vasitəçiliyi isə Rusiya prezidenti Vladimir Putinin etdiyi qeyd olunub.

 

Xəbərdə qeyd olunub ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan sentyabrın 10-da və ya 15-də Ərdoğanla Əsədin görüşünün detallarını müzakirə etmək məqsədilə Dəməşqə səfər edəcək. 

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?