Modern.az

Ərdoğandan Putinə minnətdarlıq

Ərdoğandan Putinə minnətdarlıq

3 Sentyabr 2016, 20:29

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Çində bir araya gəlib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, görüş Çində "G20" liderlər sammiti çərçivəsində baş tutub. Görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Türkiyə və Rusiya arasında çarter uçuşlarının bərpa olunmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib: “Mən, ilk öncə, təşəkkür etmək istəyirəm. Bəli, həqiqətən, çarter uçuşları bərpa olunub, ilk reys dünən həyata keçirilib”. 

Rusiya prezidenti isə Türkiyənin daxilindəki siyasi mühitin normalaşmasına sevindiyini bildirib: “Türkiyənin çətin vaxtlar yaşadığını, terrorçuluqla mübarizə apardığını və ciddi terror cinayətləri ilə üzləşdiyini görürük. Əminəm ki, siz Türkiyədəki vəziyyəti tamamilə normallaşdıra biləcəksiniz, siz buna, demək olar ki, artıq nail olmusunuz”.

Qeyd edək ki, birinci çarter reysi sentyabrın 2-olub. İlk çarter reysinin sərnişinləri Türkiyədə gül-çiçəklə qarşılanıb. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?