Modern.az

ABŞ-da təlim keçən polkovnik İŞİD-ə komandir təyin olunub

ABŞ-da təlim keçən polkovnik İŞİD-ə komandir təyin olunub

Dünya

4 Sentyabr 2016, 15:53

İŞİD-in hərbi qanadına yeni komandir təyin olunub. Modern.az xəbər verir ki, bu barədə İraqın “Əs Süməriyyə” telekanalı məlumat yayıb.

 

Məlumata görə bu vəzifəyə Tacikistanda xüsusi təyinatlı qüvvələrin keçmiş komandiri olmuş polkovnik Gülmurad Həlimov təyin olunacaq.

 

O, İŞİD-in hava zərbəsi ilə məhv edilmiş gürcü komandiri Traxan Batruaşvilinin yerini tutacaq.

 

Artıq ABŞ rəsmiləri Gülmurad Həlimovun başına 3 milyon dollar mükafat təyin ediblər.

 

Onun 2003-2014-cü illərdə tacikistanlı hərbçi kimi Amerikada bir neçə kontr-terrorizm təlminiə qatıldığı və təcrübə keçdiyi məlum olub.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?