IFOP sosioloji araşdırma mərkəzinin məlumatına görə, fransızların böyük əksəriyyəti ölkənin prezidenti Fransua Ollandın növbəti müddətə namizəd olmasını istəmirlər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ollandı yenidən dövlət başçısı postuna görməməyi arzulayanlar rəyi soruşulanların 85 faizidir.
Respondentlərin təxminən dörddə üçü hesab edir ki, Beşinci respublikanın rəhbəri onsuz da yeni seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürəcək.
Sorğu onu da göstərib ki, Fransanın siyasi aləmindəki sol qüvvələrin tərəfdarları “Sol cəbhə”nin nümayəndəsi Jan-Lyuk Melenşona rəğbət bəsləyir. Məhz bu səbəbdən 41 faiz gələcək prezident kimi onun lehinə rəy bildirib.
Sosialistlərin lideri Olland 36 faiz səslə ikinci, baş nazir Manuel Vals 34 faizlə üçüncüdür.
Fransada prezident seçkiləri 2017-ci ilin yazında keçiriləcək.
Modern.az