Modern.az

Gülən hərəkatı əlaqəli müəllimlər işini itirəcək

Gülən hərəkatı əlaqəli müəllimlər işini itirəcək

Dünya

4 Sentyabr 2016, 23:36

Bütün Gülən hərəkatı ilə əlaqəsi olan müəllimlər işdən azad olunacaq, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. Modern.az saytı xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Binəli Yıldırımın sözlərinə görə, 14000 müəllimin Gülən hərəkatı ilə əlaqəsi olub.

 

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?