Çində keçirilən “G-20” sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında görüş olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bildirib: “Danışıqlar zamanı tərəflər Ukrayna üzrə Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsi və Suriyanın Hələb şəhərində yaranan vəziyyəti müzakirə ediblər. Görüş iki saatadək davam edib”.
Rusiya prezidenti Çində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirib.
Modern.az