Modern.az

Ronaldinyo yenidən “Barselona”da

Ronaldinyo yenidən “Barselona”da

Dünya

5 Sentyabr 2016, 00:37

36 yaşlı yarımmüdafiəçi yenidən “Barselona”ya qayıdıb. Modern.az saytı xəbər verir ki, o, Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb.

 

Verilən məlumata əsasən, “Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.

 

"Barselona" sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.

 

Qeyd edək ki, 2003-2008-ci illərdə “Barselona”da çıxış edən Ronaldinyo 145 oyunda 70 qol vurub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?