“Rusiya prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Barak Obama arasındakı görüş yaxşı keçib. Görüş planlaşdıırlandan çox davam etdi və Suriya münaqişəsi, Ukrayna məsələsi müzakirə edildi”.
Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin Xançjou şəhərində G20 sammiti çərçivəsində keçirilən Putin-Obama görüşü barədə danışarkən deyib.
Qeyd edək ki, danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri də iştirak edib.
Aqşin Kərimov