Modern.az

Hövsanda dəhşətli QƏZA: 3 ölü, 1 yaralı

Hövsanda dəhşətli QƏZA: 3 ölü, 1 yaralı

Aktual

5 Sentyabr 2016, 16:26

Dünən 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, hadisə dünən saat 04 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş vermişdir. Bakı şəhər sakini Pircan Rzayev idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarında dayanmış Əlikram Məlikova məxsus “KamAZ” markalı avtomobilə vurmuşdur.

 

Nəticədə P.Rzayev və sərnişinlərindən oğlu Sahib, eləcə də həmyerlisi, Elşad Qəhrəmanov hadisə yerində ölmüş, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.

 

 

Daha bir hadisə isə dünən saat 01 radələrində Balakən rayonunun Qazma kəndində baş verib. Rayon sakini Elxan Yunusov idarə etdiyi “VAZ-21010” markalı avtomobillə yolu keçən kənd sakini Elnur Xanlayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

 

 

Hər iki faktla bağlı Suraxanı və Balakən RPİ-də araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada