Modern.az

Suriyada daha 7 kənd İŞİD-dən təmizlənib

Suriyada daha 7 kənd İŞİD-dən təmizlənib

Dünya

5 Sentyabr 2016, 20:23

Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu daha 7 kəndi terrorçulardan təmizləyib. Modern.az Türkiyə mediasına istinadən xəbər  verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığı açıqlama verib.

Məlumata görə, Türkiyə ordusu İŞİD terror qruplaşmasının mövqelərinə 99 zərbə endirib.

 

Qeyd edək ki, “Fərat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?