Modern.az

Avroparlament Gürcüstanla viza rejiminin ləğvinə razılaşdı

Avroparlament Gürcüstanla viza rejiminin ləğvinə razılaşdı

Dünya

5 Sentyabr 2016, 20:38

Avroparlamentin vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.

 

Qeyd olunur ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin Strasburqda keçirilən plenar sessiyasında təsdiqlənməlidir.

 

Avroparlamentin Komitəsi, həmçinin, Kosovo vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?