Modern.az

Türkiyə millisi ilk oyunda qolsuz bərabərliklə razılaşdı

Türkiyə millisi ilk oyunda qolsuz bərabərliklə razılaşdı

6 Sentyabr 2016, 00:58

2018-ci idə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində ilk turun oyunları davam edir. Modern.az saytı xəbər verir ki, bu gün Avropa zonasında daha 9 oyun keçirilib.  D, İ və G qruplarında baş tutan qarşılaşmalarda 18 komanda mərhələyə uğurlu start verməyə çalışıb.

 

Ən maraqla gözlənilən qarşılaşmalardan biri İ qrupunda keçirilən Xorvatiya - Türkiyə oyunu olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Həmin qrupun Ukrayna – İslandiya matçında da eyni nəticə qeydə alınıb.

 

İspaniya - Lixteynşteyn matçı gözlənildiyi kimi birincilərin darmadağını ilə yekunlaşıb - 8:0.

 

İlk dəfə beynəlxalq arenada rəsmi oyun keçirən Kosovo isə Finlandiya səfərində 1 xalla dönməyi bacarıb. Balkanlılar finlərin vurduğu bir qola eyni sayda qolla cavab verə biliblər.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?